Parnik (istixana)

Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search